Azərbaycan Səudiyyə Ərəbistanı ilə hava əlaqəsinin genişləndirilməsində maraqlıdır. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“2017-ci ildə Səudiyyə Ərəbistanından 33,273 min turist Azərbaycana səfər edib, 2018-ci ildə isə onların sayı artıq 73 minə çatıb. Lakin turistlərin axını yalnız yay mövsümündə müşahidə edilir. Bu səbəbdən, mütəmadi birbaşa hava əlaqəsinin təşkilini zəruri hesab edirik. Bu nəinki turizm, həm də iki ölkə arasında biznes münasibətlərinin inkişafı üçün mühüm olacaq”, - S.Şərifov bu gün Bakıda keçirilən Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasında bildirib.
Nazir qeyd edib ki, hər iki ölkə əlaqələri siyasi əməkdaşlıq səviyyəsinə çatdırmaq məqsədilə müxtəlif sahələrdə münasibətləri genişləndirməlidir. **
Ə.Məmmədov