Prezident İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait küçələrin əsaslı təmirinə (4 mln. manat), işıqlandırma sistemlərinin yenilənməsinə (1 mln. manat) və əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınmasına (6 mln. manat) yönəldiləcək.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə