Dövlət Neft Fondu (ARDNF) 2001-2018-ci illərdə qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması layihəsinə 2 mlrd. 302,7 mln. manat vəsait yönəldib. Bu barədə Fonddan məlumat verilir.
“ARDNF 2001-2018-ci illərdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması layihəsinə 2 mlrd. 302,7 mln. manat, həmçinin 2018-ci ildə - 200 mln. manat vəsait yönəldib”, - Fonddan qeyd ediblər.
Məlumata görə, bu vəsait 230 yaşayış binası, 33,781 mindən çox fərdi evin, 77 məktəbin, 7 musiqi məktəbin, 62 uşaq bağçasının, 5 xəstəxananın, 19 səhiyyə obyektinin, 65 inzibati binanın, 71 qəsəbənin və s. tikintisinə sərf edilib. **
N.Abbasova