Bazar ertəsi Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan XİN başçıları Buxarestdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizini inkişafı haqqında bəyannamə imzalayıblar.
Gürcüstan XİN-in mətbuat xidmətinin məlumatına görə, dörd ölkənin XİN başçıları dövlətlərinin regionda yeni nəqliyyat dəhlizlərinin inkişafına dair siyasi iradələrini ifadə ediblər.
“Bəyannaməni imzalayan nazirlər Qərb ilə Şərqi birləşdirən bu marşrutun tranzit sxemində əhəmiyyətini vurğulayıblar və qeyd ediblər ki, iki dəniz vasitəsilə Avropanın Mərkəzi Asiya ilə birləşməsi mövcud nəqliyyat şəbəkələrində ən qısa və gəlirli marşrutdur”, - məlumatda deyilir.
Qeyd olunub ki, Aİ-nin üzvü olan Rumıniyanın yeni marşrut xəttinə daxil edilməsi qurumun gələcəkdə bu nəqliyyat marşrutunda fəal iştirakına imkan yaradacaq. **