Azərbaycan prezidenti İlham Əliyev teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlərin maliyyələşdirilməsi üçün Mədəniyyət Nazirliyinə 1,8 mln. manatın ayrılmasını tapşırıb.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat ayrılacaq.
O cümlədən, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
N.Abbasova