Səhiyyə Nazirliyi bölgələrdə xəstəxanaların tikintisi üçün mühəndis-geoloji işlərin həyata keçirilməsi ilə bağlı podratçılar seçir.
Seçim açıq tender yolu ilə və iki lot üzrə keçirilir: Lot-1 - Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin mühəndis-geoloji işləri, layihə-smeta sənədlərinin hazırlanması; Lot-2 - 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının tikintisinin mühəndis-geoloji işləri, layihə-smeta sənədlərinin hazırlanması.
Tenderdə hər bir lot üzrə iştirak haqqı 200 manatdır.
Tender iştirakçıları öz tender təkliflərini 24 aprel 2019-cu il tarixinədək təqdim etməlidirlər.Təklif zərfləri aprelin 25-də açılacaq.
Telefon: (012) 565 12 41.*
B.Rüstəmbəyov