Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilərin köçürülməsi Cenevrə Konvensiyasını pozmaq deməkdir. Bunu XİN başçısı Elmar Məmmədyarov deyib.
“Hazırda Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə suriyalı ermənilərin köçürürlməsini həyata keçirir. Bu addım qəbuledilməzdir və Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması deməkdir”, - E.Məmmədyarov bu gün Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair" beynəlxalq konfransda bildirib.
“Bu addım nəinki Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan vermir, həmçinin əlavə problemlərə səbəb olur”, - nazir qeyd edib. **
Ə.Məmmədov