Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov ilə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair son bəyanatlarını müzakirə edib.
“Ermənistan rəhbərliyinin son bəyanatları sülhə yönəlməyib. Misal üçün, MTX rəhbərinin son bəyanatı. Bu gün bu məsələ ilə əlaqədar ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri (İqor Popov - İF) ilə telefonla söhbət etdim”, - E.Məmmədayrov bu gün mətbuat konfransında bildirib.
Nazir ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakı gələn həftə İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinə “Xalqlarımızı sülhə və ya digər istiqamət üzrə hazırlayacağıq?” sualını verməyi xahiş etdi.
“ATƏT-in Minsk qrupu münaqişə tərəflərinin danışıqlar üçün tanıdığı yeganə formatdır. Bu formatın istənilən formada dəyişilməsi qarşı tərəf ilə razılaşdırılmalıdır”, - M.Layçak öz növbəsində qeyd edib. **
F.İsazadə