2018-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 44,9 mlrd. manat və ya ÜDM-in 56,8%-ni təşkil edib. Bu barədə hökumətin 2018-ci il ərzində hesabatında qeyd olunur.
2017-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi ÜDM-in 62%-ni təşkil edib.
“Ötən ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin aktivləri 44,9 mlrd. manat və ya ÜDM-in 56,8%-i səviyyəsində qiymətləndirilir (qeyri-neft ÜDM-in 96,1%-i). Eyni zamanda, maliyyə sisteminin aktivlərinin 65,8%-i bankların payına düşüb (2017-ci ilin yekunları üzrə - 64%-i)”, - hesabatda deyilir.
2018-ci ildə bankların aktivləri 2017-ci ilin göstəricisi ilə müqayisədə 5,7% artıb.
Maliyyə sektorunun aktivləri strukturunda 30,9% bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşür.
Sığorta sektoru və investisiya şirkətlərinin maliyyə dərinliyinə töhfəsi cüzidir və müvafiq olatraq 2,8% və 0,5% təşkil edir.
2018-ci ilin sonuna Azərbaycanda 30 bank, 21 sığorta şirkəti, 7 investisiya şirkəti və 104 BOK fəaliyyət lisenmziyasına malik olub. **
Ə.Məmmədov