2018-ci ilin yekunları üzrə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 76% - $446 mln.-a qədər artıb. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilir.
İqtisadiyyat naziri Şahin Mustafayev İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd Bakı ilə Tehran arasında ticarət-iqtisadi, maliyyə və digər sahələrdə əməkdaşlığın genişləndrilməsi məsələlərini müzakirə ediblər.
“Ticarət dövriyyəsi 2018-ci ildə 74% artaraq 446 mln. dollara çatıb. Qarşılıqlı ticarət həcminin daha da artırılması və strukturunun diversifikasiyası üçün potensialı, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımlar sahələrində də əlaqələrin inkişafı imkanları mövcudfdur”, - nazirliyin məlumatında Ş.Mustafayevin sözlərindən sitat gətirilir.
O bildirib ki, indiyədək Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir. Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun təməli qoyulub.
O cümlədən, nazir xatırladıb ki, ölkələr arasında 150-dən çox sənəd imzalanıb. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb.
“Hazırda Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1 midən çox İran şirkəti fəaliyyət göstərir”, - Ş.Mustafayev vurğulayıb. **
N.Abbasova