2018-ci ildə Azərbaycan şirkətləri beynəlxalq sərgilər çərçivəində $6,5 mln.-dan artıq məbləğdə məhsulların ixracına dair müqavilələr imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Ötən il müxtəlif beynəlxalq sərgilərdə iştirak edən Azərbaycan şirkətləri $6 mln. 540,88 min məbləğində müqavilələr imzalayıblar. Həmin müqavilələr çərçivəsində məhsulların tədarükü $2 mln. 643,931 min təşkil edib”, - AZPROMO-dan qeyd olunub.
2018-ci ildə Azərbaycan şirkətləri «Made in Azerbaijan» vahid stend ilə 11 müxtəlif sərgidə iştirak ediblər: “Beynəlxalq yaşıl həftə - 2018” (Berlin), «Prodexpo 2018» (Moskva), «Fruit Logistica 2018» (Berlin), «Gulfood 2018» (Dubay), «Sial China» (Çin), «KazBuild 2018» (Qazaxıstan), «Worldfood Moscow 2018» (Moskva) və s. **
B.Rüstəmbəyov