2018-ci ildə Azərbaycan Ordusunun gücləndirilməsinə dövlət büdcəsindən 3,35 mlrd. manat (cari məzənnə ilə $1,97 mlrd.) yönəldilib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
“Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 526,8 mln. manat ($309,9 mln.) və ya 18,7% çoxdur”, - deyə məlumatda bildirilir.
Bu vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi hissələrin və şəhərciklərin tikintisi və təmirinə, hərbi qulluqçuların sosial və hüquqi müdafiəsinə, hərbi-sənaye potensialının inkişaf etdirilməsinə yönəldilib.
"Eyni zamanda, 2018-ci ildə Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif mənbələrdən 8,4 mln. manat ($4,9 mln.) daxil olub", - deyə məlumatda qeyd olunur.
Silahlı Qüvvələrin Yardım Fonduna cari il martın 1-dək təxminən $57,7 mln. məbləğində vəsait daxil olub.*
R.Babayev