Azərbaycan hökuməti mənzil-kommunal təsərrüfatı sahəsində dövlət şirkətlərinin idarəçiliyindən tədricən çıxmağı planlaşdırır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Hökumətin kommunal xidmətlərin idarə olunması prosesindən çıxması tədricən baş tutacaq. Çünki əks halda bu, tariflərin və müvafiq olaraq dövlət xərclərinin son dərəcə artmasına gətirib çıxara bilər", - deyə S.Babayev bu gün Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə həsr olunmuş forumda bildirib.
Nazir qeyd edib ki, təkcə məişət tullantılarının idarə olunması üçün poliqonun tikintisi $40 mln. məbləğində qiymətləndirilir.
"Vaxtilə mən (bundan əvvəl S.Babayev iqtisadiyyat nazirinin müavini olub - IF) bu məsələ ilə sıx şəkildə məşğul olmuşam və deyim ki, dövlət bu gün təkcə məişət tullantılarının idarə olunması prosesindən çıxdığı halda əhali üçün kommunal xidmətlərin bu növünün aylıq qiyməti təxminən 100 manat olacaq, buna görə də biz bütün infrastrukturu yaratmaq və yalnız bundan sonra dövlətin MKT müəssisələrinin idarəçiliyindən çıxması prosesini müzakirə etmək niyyətindəyik", - deyə S. Babayev vurğulayıb.*
Ə.Məmmədov