NATO-nun mobil təlim qrupu Bakıda “Helikopterlərin iştirakı ilə hava əməliyyatları” mövzusunda seminar keçirir.
“Seminar Azərbaycan Hərbi Hava Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilən Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO (NEL-1) qiymətləndirilməsinə hazırlıq məqsədilə keçirilir”, - məlumatda deyilir.
Seminar martın 8-dək davam edəcək. Tədbirdə müxtəlif mövzularda brifinqlər təqdim ediləcək. **
F.İsazadə