2018-ci ildə Azərbaycanın müdafiə sənayesi müəssisələri tərəfindən 247,8 mln. manatlıq ($145,8 mln.) məhsul istehsal olunub (2017-ci ildə 279,4 mln. manatlıq ($164,3 mln.). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Kooperasiya nəzərə alınmaqla ixrac əməlyyatları 118,5 mln. manat ($69,7 mln.) təşkil edib”, - hökumətdən qeyd ediblər.
Hazırda Azərbaycan 10-dan çox ölkəyə döyüş sursatları, atıcı silahlar, PUA, zirehli texnika ixrac edir.
“Ötən il müdafiə təyinatlı məmulatlara dövlət sifarişinin həcmi 106,2 mln. manat ($62,5 mln.) təşkil edib”, - hökumətdən qeyd ediblər.
2018-ci ildə təcrübə-konstruktor işləri 103 mövzunu əhatə edib, iki adda məmulatın yaradılma işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub, xüsusi təyinatlı hücum pulemyotunun, tüfəng patronları üçün 100 patronluq patron qutusu və patron lentlərinin seriyalı istehsalı təşkil edilib.
“2019-cu ildə qəlpəli fuqaslı yandırıcı mrmili patronlar, qumbaraatanlar üçün 4 növ qumbaralı atəş yığımları, snayöper tüfəngi, xüsusi təyinatlılar üçün patrul maşınları, zirehdlən-yandırıcı-izburaxan gülləli patronlar, müxtəlif növ döyüş sursatları, artilleriya və tank topları üçün mərmilərin gövdələri və gilizləri, avtomatik topun istehsalı mümkün olacaq”, - hökumətdən qeyd ediblər.
Hazırda müdafiə sənayesi müəssisələrində 1,2 mindən artıq sayda məmulat və onların ehtiyat hissələri istehsal olunur.
2018-ci ildə müəssisələr tərəfindən 486 ədəd müxtəlif atıcı silah və digər əmlaklar təmir olunub, 2,5 min ədəd məmulat və əmlakların utilizasiyası həyata keçirilib.
“Hazırda müdafiə sənayesi müəssisələrində il ərzində 14,3 mln. manat məbləğində 272 adda mülki məhsul istehsal edilir”, - hökumətdən vurğulanıb. **
R.Babayev