Səhiyyə Nazirliyi xəstəxana və sanatoriyaların zəruri tibbi avadanlıqlarla təchizatı üçün tədarükçülər seçir.
Seçim açıq tender metodu ilə və 3 lot üzrə keçirilir: Lot-1 - Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tibbi avadanlıqlarla təchizatı; Lot-2 - Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tibbi avadanlıqlarla təchizatı; Lot-3 - Şəmkir rayonunun Kür qəsəbəsində xəstəxananın tibbi avadanlıqlarla təchizatı.
Tenderdə hər bir lot üzrə iştirak haqqı 400 manatdır.
Təkliflər 11 aprel 2019-cu il tarixinədək qəbul olunur. Təklif zərfləri aprelin 12-də açılacaq.
Telefon: (012) 565 12 41. Əlaqələndirici şəxs: Ramin İsgəndərov.*
B.Rüstəmbəyov