“Azərxalça” ASC xalçaların emalı üzrə müəssisənin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə podratçı seçir.
Seçim açıq tender metodu ilə keçirilir.
Müəssisənin tikintisi Sumqayıt Kimya Sənaye Parkı Ərazisində 3,8 hektar sahədə həyata keçiriləcək.
Tender təklifləri aprelin 24-də saat 16:00-dək qəbul olunur. Tender proseduru aprelin 25-də baş tutacaq.
“Azərxalça” ASC Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı əsasında yaradılıb. **
B.Rüstəmbəyov