Azərbaycan prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səfərin məqsədi fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində fəsadların aradan qaldırılması ilə əlaqədar görülən işlərlə yerində tanış olmaqdır.
Dövlət başçısı zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış oldu.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov prezidentə zəlzələ zonasında görülən işlər barədə məlumat verdi.
Nazir bildirib ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır.
Prezident tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Öncə İ.Əliyev dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 mln. manat ayrılması haqqında sərəncam imzalamışdı. **
B.Rüstəmbəyov