“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC cəmiyyətin 2018-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsinə 21 min manatdan çox vəsait ayıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“SKSP cəmiyyətin 2018-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi üçün müvafiq seçimin qalibi olmuş “Baker Tilly Audit Azerbaycan” şirkətinə 21,122 min manat ayıracaq”, - deyə məlumatda bildirilir.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı və Balaxanı Sənaye Parkının operatorudur.*
Ə.Məmmədov