Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
“Hörmətli Mehriban Arif qızı. Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.
Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin. Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin", - deyə Rusiya prezidentinin təbrik məktunda qeyd olunur.
Rusiyanın baş naziri Dmitri Medvedev də Mehriban Əliyevanı 8 Mart münasibətilə təbrik edib. “Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və səliqə yaradırlar. Ən başlıcası, onlar doğmalarına və yaxınlarına həmişə öz qəlblərinin hərarətini bəxş edir, onları qayğı və diqqətlə əhatə edirlər. Qoy bu gözəl bayram əhval-ruhiyyəsi uzun müddət Sizi tərk etməsin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm", - deyə baş nazirin təbrik məktubunda vurğulanır.*
A.Əzizov