Azərbaycan və Niderland Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Niderland tərəfindən isə XİN-in siyasi məsələlər üzrə baş direktorunun müavini Piter Yan Kleyveq rəhbərlik ediblər.
“Həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd ediblər, əlaqələrin hazırkı vəziyyəti təhlil olundu və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar”, - XİN-in məlumatında deyilir.
O cümlədən, tərəflər qeyri-neft sektorunda əməıkdaşlığı müzakirə ediblər, xüsusilə kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
“Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda fikir mübadiləsi aparıblar, problemin həllinin yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkün olduğunu diqqətə çatdırıblar”, - məlumatda qeyd olunur.
Azərbaycanın ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyə görə Niderland tərəfinə təşəkkür ifadə edilib. **
F.İsazadə