Bu gün Bakıda Azərbaycan Respublikası və Böyük Britaniya Müdafiə nazirlikləri arasında Qərargah danışıqlarının yekunları üzrə 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı imzalanıb.
“Tədbirdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.*
R.Babayev