Prezident İlham Əliyev baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 5 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bundan başqa, sərəncama əsasən yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 mln. manat ayrılacaq.
Vəsaitlər Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Daha əvvəl prezident İ.Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinə 2 mln. manat ayırmışdı.*
Ə.Məmmədov