MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası aprelin 5-də Moskvada keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikovla görüşüb. Səfir E.Məmmədyarovu cari ilin aprelin 5-də Moskvada keçirilməsi planlaşdırılan MDB üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət edib”, - deyə məlumatda bildirilir.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də çoxtərəfli formatlarda uğurlu əməkdaşlığın davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.*
F.İsazadə