2019-cu il fevralın 28-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 761,9 mln. təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. təşkil edib. Beləliklə, 2019-ci ilin yanvar-fevral aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 2,4% artıb.
Fevralda AMB-nin valyuta ehtiyatları 1,9% və ya $139 mln. artıb.
Xəbər verildiyi kimi, 2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.**
Ə.Məmmədov