Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fərmana əsasən İKZF-nin nizamnamə fondu 100 mln. manat artırılaraq 566 mln. manata çatdırılır. Fərmanın icrası aşağıdakı maliyyə mənbələri hesabına təmin ediləcək: dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsaitin 80 mln. manatı hesabına; “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.81.1-ci yarımbəndinə (Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi) əsasən müəyyən edilən vəsaitin 20 mln. manatı hesabına.*
B.Rüstəmbəyov