Azərbaycan Ordusunun iki hərbi qulluqçusu qar uçqununa düşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər”, - deyə məlumatda bildirilir.
Hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.*
B.Rüstəmbəyov