Ukrayna 2019-cu ilin yanvar-fevral aylarında neft və neft xammalı idxalını 2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26,3% - 110,93 min tonadək azaldıb.
Dövlət Fiskal Xidmətinin məlumatına görə, $51,683 mln. məbləğində neft idxal olunub ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 35,6% azdır.
Xüsusilə Azərbaycandan $49,577 mln. (pay – 95,9%), Litvadan $2,082 mln. (4%), Macarıstandan $0,024 mln. (0,05%) məbləğində xammal daxil olub.
Hesabat dövründə Ukrayna neft və neft xammalı ixrac etməyib.*
B.Rüstəmbəyov