14-18 may tarixlərində İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı musiqiçi və müğənni Çingiz Mustafayev təmsil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İctimai Televiziyaya istinadən xəbər verir.
Müğənni səhnəyə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun "Truth” adlanan əsəri ilə çıxacaq.
2007-ci ildə Bakıda keçirilən "Yeni ulduz 7” mahnı müsabiqəsinin qalibi olmuş Ç.Mustafayev 2013-cü ildə Azərbaycanı “Novaya volna” (Yurmala) mahnı müsabiqəsində təmsil edib.
Təmsilçimiz "Eurovision 2019” mahnı müsabiqəsinin mayın 16-da keçiriləcək ikinci yarımfınalında çıxış edəcək.*
R.Babayev