Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda Azərbaycanın görkəmli ziyalılarına heykəl qoyulmasının planlaşdırıldığını deyib.
“Prezident İlham Əliyev Bakıda görkəmli ziyalılarmıza heykəl qoyulması ilə bağlı sərəncam verib”, - deyə o, jurnalistlərə bildirib.
İcra başçısının sözlərinə görə, memarlar və heykəltəraşlar bununla bağlı təkliflər hazırlayır.
“Proses başlayıb. Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması məsələsi də nəzərdən keçirilir. Memarlar və heykəltəraşlar təkliflərini hazırlayır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək", - deyə E.Əzizov qeyd edib.
O, həmçinin Bakının "Sovetski" kimi tanınan ərazisi ilə bağlı planın hazırlandığını deyib.
“"Sovetski" kimi tanınan ərazi ilə bağlı xüsusi plan hazırlanır. Bu məsələ ilə bağlı mütəxəssislərin maraqlı təklifləri var”, - deyə icra başçısı vurğulayıb.*
R.Babayev