Prezident İlham Əliyev bu gün yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının əmək haqqının 2019-cu il martın 1-dən 165 manatdan 200 manatadək artırılması haqqında sərəncam imzalayıb.
Sərəncam dövlət başçısının saytında dərc olunub.
Bundan başqa, sərəncama uyğun olaraq aylıq əmək haqqı 165, 170, 175 və 185 manat təşkil edən bir sıra dövlət qulluqçuları 2019-cu il martın 1-dən müvafiq olaraq 200, 205, 210 və 215 manat alacaqlar.*
R.Babayev