Bu gün səhər saatlarında Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində "Mercedes" markalı mikroavtobusun «Prado» markalı avtomobillə toqquşması nəticəsində 9 nəfər xəsarət alıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
“Hadisə nəticəsində 9 nəfər yaralanıb, onlardan ikisi ağır xəsarət alıb”, - deyə məlumatda bildirilir.
Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər reanimasiya şöbəsinə yerləşdirilib.
Ötən gün isə Gədəbəy rayonunda “Jiquli” markalı iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.*
R.Babayev