1 fevral 2019-cu il tarixinə Azərbaycanda banklar tərəfindən 2,51 min ədəd bankomat quraşdırılıb ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 0,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Fevralın 1-nə Bakıda 1,333 min ədəd (hesabat dövründə artım 0,3%), bölgələrdə 1,177 min ədəd (artım 0,3%) bankomat quraşdırılıb.
2019-cu il fevralın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 65,975 min ədəd təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 0,2% azdır.
Bununla yanaşı, Bakıda 38,91 min ədəd (azalma 0,1%), regionlarda 27,065 min ədəd (azalma 0,3%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 64,553 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,8%-i quraşdırılıb.**
Ə.Məmmədov