Bakı və Brüssel Azərbaycanın NATO-nun kodifikasiya sisteminə qoşulması məsələsini müzakirə edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun kodifikasiya sisteminə qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib. Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlərdə sistemin təqdimatı keçirilib, həmçinin onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb”, - deyə məlumatda bildirilir.
Görüşdə NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələrinə sistem haqqında ətraflı məlumat verilib və təqdimatı keçirilib.*
F.İsazadə