2018-ci ildə Azərbaycan ASK məhsullarının ixracını 23,9% - $589,6 mln.-a qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
“Ötən il Azərbaycan $589,6 mln. məbləğində ASK məhsulları ixrac edib, bu da 2017-ci ilin göstəricisindən 23,9% çoxdur. İxracın əsas həcmi pomidorunn payına düşüb ($177 mln. məbləğində ixrac olunub)”, - hökumətdən qeyd edilib.
Bütövlükdə, 2018-ci ildə $559,6 mln. məbləğində meyvə-tərəvəz, $80,5 mln. məbləğində pambıq lifi, $23,7 mln. məbləğində pambıq ipliyi ixrac olunub.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycan $1 mlrd. 689 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib, bu da 2017-ci ilin göstəricisindən 10% çoxdur.
Ötən il ərzində ixracın strukturunda əsas həcm pomidor - $177,4 mln. (2017-ci illə müqayisədə аrtım 17%), qızıl - $118 mln. (аzаlma 5,9%), xurma - $114,5 mln. (аzalma 25,9%), təmizlənmiş qoz - $93,5 mln. (аzalma 18,3%), çiyidli pambıq – $79,5 mln. (artım 2,44 dəfə), polietilen - $68,6 mln. (аzalma 1,3%), elektrik enerjisi – $65,6 mln. (аrtım 28,6%), işlənməmiş alüminiumun payına düşüb - $48,6 (artım 2,1 dəfə). **
B.Rüstəmbəyov