Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bazar ertəsi Bolqarıstana səfərə yola düşüb.
“Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb”, - nazirliyin mətbuat xidməti məlumat verir.
N.Sadıkovun səfəri Bolqarıstan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Andrey Botsevin dəvəti ilə həyata keçirilir. **
F.İsazadə