“AzerGold” QSC 2017-ci ili $22 mln. 57,724 min məbləğində xalis məfəətlə başa vurub. Bu barədə cəmiyyətin saytında dərc olunan Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə maliyyə hesabatında qeyd olunur.
“AzerGold” ilk dəfə maliyyə hesabatını dərc edib.
2016-cı ili “AzerGold” $22 mln. 151,793 min məbləğində xalis zərərlə başa vurub.
Hesabata əsasən, 2017-ci ildə QSC-nin gəlirləri $77 mln. 306,206 min təşkil edib (2016-cı ildə gəlir əldə olunmayıb). Eyni zamanda, 2017-ci ildə satışların maya dəyəri $62 mln. 288,074 min təşkil edib.
1 yanvar 2018-ci il tarixinə “AzerGold”un aktivləri $117 mln. 785,78 min səviyyəsində qiymətləndirilir (2017-ci il ərzində artım 16,4%). Aktivlərin əsas hissəsi 2017-ci ildə 4,3% - $77 mln. 535,204 minədək artan qeyri-maddi vəsaitin payına düşüb.
2017-ci ilin sonuna “AzerGold”un kapitalı $1 mln. 202,531 min., nizamnamə kapitalı - $1 mln. 296,6 min təşkil edib (dəyişməyib).
1 yanvar 2018-ci il tarixinə cəmiyyətin yığılmış zərəri $94,069 min məbləğində qiymətləndirilir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
Ə.Məmədov