2019-cu ilin fevral ayında Azərbaycanda inflyasiya yanvar ayında qiymətlərin 0,2% artımına qarşı 0,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin fevral ayında inflyasiya 0,6% təşkil edib. Bundan başqa, ərzaq mallarının qiyməti 1,1%, qeyri-ərzaq mallarının qiyməti 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2% bahalaşıb”, - Komitədən bildirilir.
Fevral ayının sonuna Azərbaycanda orta illik inflyasiya 1,9% (yanvarın sonuna - 1,7%), o cümlədən ərzaq məhsulları üzrə orta illik inflyasiya 1%, qeyri-ərzaq malları üzrə 1,2%, xidmətlər üzrə 3,5% təşkil edib.
Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırıb.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.**
N.Abbasova