Bəhreyndən Mosvaya uçan Rusiyaya məxsus layner göyərtədə guya partlayıcı qurğu olmasına dair məktub ilə əlaqədar təcili surətdə Bakıda eniş edib. Bu barədə “İnterfaks”a vəziyyətlə tanış olan mənbə məlumat verib.
“Bəhreyndən “Domodedovo” aeroportuna reys həyata keçirən Rusiyaya məxsus laynerin komandiri sərnişinlərdən biri tərəfindən göyərtədə guya partlayıcı qurğu olmasına dair məktub aşkar etməsi ilə əlaqədar həyəcan siqnalı göndərib. Uçuşu dayandırmaq və təyyarəni Bakıda oturtmaq qərarı qəbul edilib”, - mənbə bildirib.
O məlumat verib ki, enişdən sonra təyyarədə yoxlama həyata keçirilib, göyərtədə təhlükəli əşya aşkar olunmayıb.
“Məktubu tapan şəxs saxlanılıb, onunla söhbət aparılır”, - mənbə qeyd edib.
Hələlik bu məlumatın rəsmi təsdiqinə dair “İnterfaks” məlumata malik deyil. **