1 mart 2019-cu il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 208,087 min təşkil edir. Bu barədə İB-nin saytında məlumat verilir.
“Cari ilin yanvar-fevral aylarında İB-də əhali sektoru üzrə 21,575 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 8,858 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12,717 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.*
N.Abbasova