Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva martın 11-də Parisdə Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə onkoloji xəstəliklərin qarşısının alınması məsələlərini müzakirə edib. Bu barədə Azərbaycanın rısmi mətbuatı məlumat verir.
“M.Əliyeva və D.Hayat onkoloji xəstəliklərin qarşısının alınması sahəsində təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi apardılar”, - məlumatda deyilir.
Həmçinin həmsöhbətlər iki ölkənin onkologiya mərkəzləri arasında sıx əməkdaşlığın qurulmasının və birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğuladılar. **
F.İsazadə