Qarabağ münaqişəsi hərbi yolla uğurla həll oluna bilməz. Bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
“NATO Qarabağ münaqişəsinin həllində birbaşa iştirak etmir. Əlbəttə, regionda sülh və təhlükəsizlik bilavasitə NATO-nu maraqlandırır, bu həm də alyansın tərəfdaşları və üzvlər üçün vacibdir. Ermənistanın yeni hakimiyyətinin münaqişənin sülh yolu ilə həlli məqsədilə səy göstərməsi sevidnirir. O cümlədən, təmas xəttində atəşkəs rejiminin pozulmasının mühüm dərəcədə azalması sevindirir”, - C.Appaturay bazar ertəsi İrəvanda brifinqdə bildirib.
Onun sözlərinə görə, alyans əmindir ki, münaqişə yalnız sülh yolu ilə həll oluna bilər və “hərbi yolla uğurla həll oluna bilməz”. **