Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və bolqarıstanlı həmkarı general Andrey Botsev bazar ertəsi hərbi, hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Danışıqlar N.Sadıkovun Bolqarıstana rəsmi səfəri çərçivəsində Sofiyada baş tutub.
“N.Sadıkov və A.Botsev hərbi, hərbi-texniki, hərbi təhsil sahədə mövcud əməkdaşlığın perspektivləri, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə ediblər”, - nazirlikdən qeyd olunur.
A.Botsev vurğulayıb ki, Bolqarıstan Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan ilə Bolqarıstan arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.
N.Sadıkovun Bolqarıstana səfəri A.Botsevin dəvəti ilə həyata keçirilir. **
N.Abbasova