Azərbaycan sərhədçiləri İranla sərhəddə baş verən silahlı insident nəticəsində narkotik vasitələr qaçaqmalçısını məhv ediblər. Bu barədə Dövlət Sərhəd Xidmətinin saytında məlumat verilir.
İnsident 12 mart tarixində saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo¬şunlarının “Göytəpə” sərhəd dəstə¬si¬nin Yar¬dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib.
“Azərbaycan sərhəd naryadı tərəfindən İran əra¬zisindən Azərbaycan istiqa-mətində hərəkət edən 6 nə¬fər silahlı naməlum şəxslər müşahidə olunub. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu¬cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar. Sərhəd naryadı tərəfindən silah tətbiq olun¬muş və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində və¬fat e¬dib. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək İrana geri qaçıblar”, - məlumatda deyilir.
Xidmətdən qeyd olunur ki, sərhəd nümayəndəliyi xətti ilə İran sər¬hədçilərinə hadisə barədə dərhal məlumat verilib. İran sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
“Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, ov tüfəngi və patronlar aşkar olunub”, - məlumatda vurğulanır.
Dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular təltifləndiriliblər.
“Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir”, - məlumatda qeyd olunur. **
F.İsazadə