Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 665 mln. 678,3 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-fevral aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 445 mln. 751,9 min manat təşkil edib. Beləliklə, yanvar-fevral aylarında dövlət büdcəsinə köçürmələr 49,3% artıb.
Bu ilin yanvar-fevral aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 481 mln. 691,6 min manat, aksizlər üzrə 28 mln. 910,8 min manat, yol vergisi üzrə 6 mln. 431,2 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 148 mln. 644,7 min manat məbləğində olub.
2019-cu il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 mlrd. 702,6 mln. manat məbləğində müəyyən edilib.**
N.Abbasova