Azərbaycan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Bolqarıstanın baş naziri Boyko Borisov Sofiyada hərbi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Bu barədə “Russkaya Bolqariya” nəşri məlumat verir.
“N.Sadıkov və B.Borisov hərbi əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlərin keçirilməsi, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, N.Sadıkov həmsöhbətinə NATO və Aİ ilə tərəfdaşlıq xətti üzrə qarşılıqlı əlaqələr sahəsində fikir mübadiləsi aparmaq və təcrübə ilə bölüşmək imkanına görə minnətdarlığını bildirib.
“B.Borisov vurğulayıb ki, Bolqarıstan NATO-nun üzv ölkəsi olaraq özünün müdafiə qabiliyyətinin inkişafı üçün ciddi səylər göstərir və Alyansın kopllektiv nüdafiə vəzifələrinin icrası üzərində fəal çalışır”, - nəşr qeyd edib.
Baş nazir həmçinin Azərbaycanla Bolqarıstan arasında yaxşı siyasi və iqtisadi münasibətlərin daha uğurlu hərbi əməkdaşlığın təməlini qoyacağına ümidvar olduğunu bildirib. **
F.İsazadə