Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferranı Bakıya səfərə dəvət edib. Bu barədə rəsmi KİV-in məlumatında deyilir.
“M.Əliyeva R.Ferranı Bakıya səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub”, - deyə məlumatda bildirilir.
Birinci vitse-prezident ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışıb, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. M.Əliyeva bu cür səfərlərin ölkəmizi daha yaxından tanımaq və Azərbaycan həqiqətlərini fransız ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət yaratdığını bildirib.
R.Ferran ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. O, zəngin tarixə və mədəniyyətə malik ölkəmizin Fransada daha yaxşı tanıdılması üçün fransız deputatların Azərbaycana səfərlərinin əhəmiyyətini vurğulayıb.*
F.İsazadə