Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti 2019-cu il aprel ayındanm etibarən Samara-Bakı-Samara marşrutu ilə birbaşa uçuşlara başlayır. Bu barədə aviaşirkətdən məlumat verilir.
“2019-cu il aprelin 5-dən“Ural Hava Yolları” Samara-Bakı-Samara marşrutu ilə birbaşa uçuşlara başlayır. Reyslər cümə günləri “Airbus А320” təyyarələri ilə həyata keçiriləcək”, - məlumatda deyilir.
Bir təfəfə minimal tarif bütün yığımlar nəzərə alınmaqla 97 avrodan başlayır.
“Ural Hava Yolları” – sərnişin daşımaları üzrə Rusiyanın aparıcı aviaşirklətrindəndir. 2018-ci ilin yekunları üzrə 9 mln. 579 nəfər aviaşirkətin xidmətlərindən istifadə edib, bu da 2017-ci ilin göstəricisindən 13% çoxdur. Avropanın “Airbus” konserninin 47 təyyarəsi (24 А320, 16 А321 и 7 А319) 200-dən artıq istiqamətə uçuşlar həyata keçirir. **
B.Rüstəmbəyov