İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd martın 14-15-də Azərbaycana səfər edəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“F.Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclasında işrirak edəcək, biznes forum və dövlət rəsmiləri ilə görüşlər keçirəcək”, - nazirlikdən qeyd ediblər.
Tərəflər Azərbaycanla İran arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
F.Dejpəsənd Dövlət Komissiyasının həmsədridir. **
F.İsazadə