Moldova prezidenti İqor Dodon 14-16 mart tarixlərində Azərbaycana səfər edəcək.
“14-16 mart tarixlərində Bakıda keçiriləcək “Yeddinci Bakı Qlobal Forumu - 2019 – Yeni xarici siyasət” mövzusunda Beynəlxalq Forumda iştirak məqsədilə Azərbaycan Respublikasına işgüzar səfərə yola düşürəm”, - İ.Dodon Facebook şəbəkəsində öz səhifəsində yazıb.
Səfər zamanı İ.Dodon yüksək vəzifəli şəxslər, həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək. **
F.İsazadə